Avtoxuliqanlıq edib sosial şəbəkələrdə yayan şəxslər həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Avtoxuliqanlıq edib sosial şəbəkələrdə yayan şəxslər həbs edildi

Kriminal

09 Sentyabr 2025 13:06 275


Sumqayıtda avtoxuliqanlıq edib sosial şəbəkələrdə yayan şəxslər həbs edilib.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ictimai asayişi nümayişkəranə şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən şəxslər saxlanılıblar. Profilaktik tədbirlər zamanı müəyyən olunan şəhər sakinləri - 27 yaşlı Orxan Məmmədov və həmyaşıdı Nahid Aslanov avtomobil idarə edən zaman piyada, eləcə də digər yol hərəkəti iştirakçılarının həyatına ciddi təhlükə yaratdıqları və bunu sosial şəbəkələrdə paylaşdıqları üçün Polis Şöbəsinə gətiriliblər. Marqarita pizza

Həmin şəxslər barəsində protokollar tərtib olunub və toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarına əsasən O.Məmmədov 20, N.Aslanov isə 10 gün müddətinə inzibati qaydada həbs olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!