Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı, həbs olundu

saytların hazırlanması

Evə çatdırılma

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı, həbs olundu

Kriminal

23 Sentyabr 2025 11:56 358


Avtoxuliqanlıq edib videosunu sosial şəbəkədə paylaşan sürücü həbs edilib.

Yenisabah.az xəbər verir ki, Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan sürücünü saxlayıblar.

Rayon sakini Nihat Babayev idarə etdiyi “Tofaş” markalı avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini “TikTok” sosial şəbəkəsində paylaşıb. Sezar pizza

Həmin şəxs barəsində inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə N.Babayev sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 1 ay müddətinə inzibati qaydada həbs edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!