AXCP fəalı Çapay Sadıqlı qətlə yetirilib.
Yenisabah.az xəbər verir ki, hadisə Bərdə rayonunun Samux kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1954-cü il təvəllüdlü Çapay Sadıqlı ilə 1968-ci il təvəllüdlü Xazər Məmmədov arasında hazırda məhkəmə çəkişməsində olan 2 hektarlıq torpaq sahəsi üstündə mübahisə yaşanıb. pizza
Bu gün X.Məmmədov Ç.Sadıqlını dəryazla vuraraq ona xəsarətlər yetirib. Çapay Sadıqlı aldığı xəsarətlərdən ölüb.
DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Bərdə RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Xazər Məmmədov saxlanılaraq istintaqa təhvil verilib. Onun barəsində cinayət işi başlanıb. Qeyd olunub ki, Çapay Sadıqlının ölümündə hər hansı siyasi motiv yoxdur.
Ç.Sadıqlı AXCP-nin Bərdə rayon şöbəsinin sədri kimi tanınıb./Qafqazinfo
Telegram kanalımız