“Axırda havalandı... azı nazir olmaq istəyirdi” -   Xalq şairi bunu kimin haqqında yazıb?

saytların hazırlanması

Evə çatdırılma

“Axırda havalandı... azı nazir olmaq istəyirdi” - Xalq şairi bunu kimin haqqında yazıb?

Mədəniyyət

02 Yanvar 2024 21:34 14639


Mərhum Xalq şairi Süleyman Rüstəm 1941-46-cı illərdə sovet ordusunun tərkibində İranda olub. Onun qonşu ölkəyə dair xatirələrində maraqlı məqamlar var. Həmin xatirələrdən biri məşəqqətli həyat yaşamış şair Məhəmməd Biriya haqqındadır.

Yenisabah.az Xalq şairinin xatirəsini oxucuların ixtiyarına verir:

"...Təbrizdə Məhəmməd Biriyanı ilk dəfə bələdiyyədə gördük. Şəhər bələdiyyəsındə qonaqlıq vardı. Biriya orada paltar asandı. Onu sonra Təbriz küçələrində kanal təmizləyənlərə baş çəkən gördük. Biriyanın ilk şeiri "Vətən yolunda" qəzetində çıxdı. Sabirə bənzətməylə yazılmış satirik şeirlər tez əhali arasında yayıldı. Toyuqlu pizza

Səhv etmirəmsə, Biriyanın atası dülgər idi. Bir gün evlərinə getdik. Yoxsullara məxsus mənzildə ayaqlarımızı yorğan altı kürsüyə uzadıb bozbaş yedik. Biriya özü deyirdi ki, o, kəndlərdə rəmmallıqla, falçılıqla da məşğul olub.

Artıq Biriya tribunalarda görünürdü, təhsili ibtidai idi. Fitri istedadı vardı. Təbrizdə olarkən Biriyada bir mənfi cəhətin şahidi oldum. O, özündən başqa kimsəni bəyənməzdi, hərəyə bir qara damğa vurmağa çalışardı. İrəli gəlmiş ziyalıların bizə yaxın gəlməsinə maneçilik göstərərdi. Məsələn: "Ehliyatlı olun. Filankəs casusdur, xəfiyyədir. Sizlərdən gizli polisə xəbər aparandır və ilaxır..."

Təbrizdə yaşayan bir ziyalını (Məhəmmədlü Abbasini) gözümüzdən salmağa çox səy edərdi. Məhəmmədlü Abbasi çox hazırlıqlı bir gəncdi. O, Marksın “Manifest”ini almancadan tərcümə etmişdi. Halbuki Biriyanın dediyi sözləri digər ziyalılar onun özü haqqında söyləyirdilər. Bəli, Biriya məşhur şair oldu. Cənubi Azarbaycanda Milli hökumət yaradılanda o Maarif naziri vəzifəsinə qədər gəlib çıxdı. Təbrizdə qurduğu toy məclisinin söhbəti indi də danışılır.

Varlı qızına evlənən Biriya deyildiyinə görə, Məhəmmədlü Abbasini qısqanclıq üstündə döydürüb gözünü şikəst etdirmişdi.

Yadımdadır, Təbrizdə çəkilmiş bir neçə film-xronikaya baxmışam. Tribunada Pişəvəridən qabaqda döşünü qabağa verib bağıran Biriyanı görmüşəm. Biriya iki dəfə Bakıda olub. İlk dəfə gələndə ona gözəl şərait yaratmışdılar. Bu müharibə zamanı idi.

Cəbhədən hələ ki, könül açan xəbərlər gəlmirdi. Almanlar Mozdok ətrafında olan vaxtda Biriya atası ilə birlikdə bir xalı hədiyyə apararaq İran konsulluğuna pənah aparıb İrana göndərilmələrini xahiş etmişdilər.

İkinci gəlişi isə Cənubi Azərbaycanda milli hərəkat müvəqqəti yatırılanda oldu. Ölüm qorxusu altında o sərhədi aşıb bizə pənah gətirmişdi. Bu dəfə də Biriya üçün şərait yaradıldı. Lakin Biriya bu dəfə başqa bir dona girdi. Zənnimcə, o, şairlik yox, başqa bır vəzifə axtarırdı. Məsələn, Mərkəzi Komitə katibi, Nazirlər Soveti sədri (azı bir nazir) olmaq xəyalında idi. Axı Biriya burada hələlik də olsa, mühacir idi. Bu niyyəti baş tutmadıqda o, buradan başqa xarici ölkəyə köçürülməsini tələb edirdi.

Şaha və Məhəmməd əleyhüssəlama poemalarından küçələrdə parçalar oxuyurdu. Nəhayət, xəstəliyi o dərəcəyə gəlib çıxdı ki, başına əmmamə qoyub, əyninə göy qurşaqlı əba geyib Təzəpir məscidində fəaliyyətə başladı.

Mən bir münasibətlə Vilayigildəydim. Biriya da ora gəldi. Süfrəyə plov gətiriləndə Vilayidən arvadının hansı millətdən olduğunu soruşdu. Vilayinin həyat yoldaşının erməni qızı olduğunu bilən kimi söyüşlə süfrədən qalxdı. Namaz qılmaq üçün bu binada müsəlman evi axtardı. Dünyagörüşü dumanlı, iradəsi zəif şair Biriyanın aqibəti belə oldu”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Mais m.
    Mikayıl Müşfiq: " Oxu tar, oxu tar, səni kim unudar". Süleyman Rüstəm: "Oxuma tar, oxuma tar, səni istəmir proletar"...
    2 years ago