“Ayağı qazda qalıb” - Qəza niyə baş verib? 

saytların hazırlanması

Evə çatdırılma

“Ayağı qazda qalıb” - Qəza niyə baş verib? 

Sosial

11 Aprel 2025 10:31 604


Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayonu, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. "Bolt" şirkətinin taksisi kənar yoldakı beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb. Qəzadan sonra sosial şəbəkələrdə sürücü, 1974-cü il təvəllüdlü Anar Nəcəfovla bağlı müxtəlif iddialar irəli sürülüb.

Məsələ ilə bağlı "Unikal"a açıqlama verən sürücünün qohumu Allahverdi Xanəliyev hadisənin baş vermə səbəbini açıqlayıb:

"Anar Nəcəfov yaşlı və xəstə adamdır, imkansızlıqdan taksi sürməyə başlamışdı. Cəmi 1-2 gün idi ki, taksidə işləyirdi. Maşın şirkətə məxsus olub. pizza mizza

Avtomobili idarə edən zaman onu qıcolma (sudurqa) tutub, ayağı qazda qalıb. Bu səbəbdən də qəza törədib. Onun hər iki ayağı sınıb.

Borclarını qaytara bilməməsi səbəbindən məhkəmənin qərarı ilə Anar Nəcəfovun ayağına Bakı şəhərini tərk etməməsinə görə elektron qolbaq taxılmışdı", - deyə o qeyd edib.

Xatırladaq ki, qəzada xəsarət alan sürücü Anar Nəcəfov və sərnişin Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!