Əməkdar artist Mehriban Xanlarova həyat yoldaşından ayrılma səbəbini açıqlayıb.
Yenisabah.az xəbər verir ki, “Qapqara” adlı “YouTube” layihəsinin qonağı olan aktrisa buna xəyanətin səbəb olduğunu deyib:
“Bəzən deyirlər ki, atalar üçdən deyib, bəlkə bağışlayım. Üç dəfə xəyanəti bağışlamaq olar?! Bir dəfə oldusa, qurtardı. Bir dəfə edən yenə edəcək. Niyə mən kiminsə qabağında özümü alçaltmalıyam? O gülün qoxusu həmin adamı daha çox cəlb edibsə, gəlsə belə yenə gedəcək. Xəyanət beyində başlayır. Bağışlasan nə olacaq? Bəs ürəyin içində necə, bağışlamaq olurmu? Xeyr, mümkün deyil. Heç bağışlamağa cəhd də etmədim. Ağladım, sızladım... Bunu yaşamışam, özü də Həcc ziyarətindən gələndən sonra yaşamışam. Həmin insan mənə dedi ki, mən onu istəyirəm. Vəssalam”. Toyuqlu pizza
Sənətçi bu xəyanətdən sonra ağır depressiya keçirdiyi etiraf edib:
“Elə bilirdim ki, artıq ölürəm, hər şey mənim üçün sönmüşdü, dağılmışdı.
Mən həyat yoldaşına qiymət verən insan olmuşam. Teatra da gedirdim, məşqimi edir, rolumu oynayırdım, qayıdıb evə tez yemək bişirirdim ki, onun yeməyi olsun. Səhərlər isə ayaqqabısını silirdim ki, tərtəmiz olsun, parıldasın. Çünki o evdən çıxırsa, mənim adımdır. Bunu heç yerdə deməmişəm.
Məni o vəziyyətdən bizim teatrın truppa rəhbəri Elnur çıxardı. O oğlan bizə gəldi, mən yerimdə uzanırdım, məni qaldırıb silkələdi, dedi ki, dur ayağa, öləndə də öləcəksən, çöldə ölərsən, qorxma, öləndə basdıracaqlar. O silkələnmədən sonra elə bil ayıldım, sanki beynim yatmışdı. Bu gün Elnura çox təşəkkür edirəm.
Yaxşı ki, belə oldu. Peşman deyiləm, hərdən gözümün dolmağına baxmayın. O da peşman deyil. Hərdən üz-üzə gəlirəm. Salam vermirəm. Bəlkə də onun gözündə o peşmanlığı görürəm, amma nə o mənə salam verər, nə də mən ona. Çox yaxında yaşayır”.
Əsmətxanım
Telegram kanalımız