Ayaz Mütəllibov hamını İlham Əliyevin ətrafında birləşməyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Ayaz Mütəllibov hamını İlham Əliyevin ətrafında birləşməyə çağırdı

Siyasət

27 Sentyabr 2020 15:26 1188


Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov xalqa müraciət edib.

Yenisabah.az xəbər verir ki, o, hər kəsi Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıb:

“Xalqımıza müraciət edirəm. Hər birimiz cənab Prezident İlham Əliyevin ətrafında birləşməliyik. Bu gün erməni təcavüzkarlarına dərs verməyin zamanıdır. Bir olaq və güclü olaq!” pizza

Eks prezident Modern.az-a açıqlamasında  qələbənin bizimlə olacağını deyib: “Ordumuza bu savaşlarda uğurlar arzulayıram. İnanırıq ki, ordumuz öz sözünü deyəcək və düşməni əməli ilə susduracaq. Buna şübhə etmirəm. Qələbə bizim olacaq”.

Ayaz Mütəllibov Ermənistanın təxribatlarının sonu olmadığını bildirib: “Paşinyanın çıxışları təxribatdan başqa bir şey deyil. Ermənistanın həyata keçirdiyi təxribatların sonu yoxdur. Ermənistan üçün bu təxribatların axırı pis olacaq. Əminəm ki, müharibənin bu şiddətli vaxtında qələbə bizimlə olacaq”.

Xatırladaq ki, bu gün səhər saat 06:00 radələrindən başlayaraq, Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Hazırda cəbhənin bütün istiqamətlərində şiddətli döyüşlər gedir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!