“Əslində, birlik olmamalıdır, çünki yaradıcı insan şəxsiyyətdir, o heç kimlə birləşə bilməz”.
Yenisabah.az yenicag.az-a istinadla xəbər verir ki, bu fikirləri Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) keçmiş katibi, Əməkdar incəsənət xadimi Ayaz Salayev deyib.
O bildirib: “Bu gün Azərbaycan kino ictimaiyyəti bərbad vəziyyətdədir. Əslində, birlik olmamalıdır, çünki yaradıcı insan şəxsiyyətdir, o heç kimlə birləşə bilməz. pizza mizza
Əvvəlcədən də demişdim ki, əgər birləşmə olarsa, mən təşkilatda qalmayacağam. Sözüm sözdür. Çox vacib səbəb ola bilər ki, mən orada qalım. Amma belə bir səbəb də yoxdur”.
Xalq artisti Rasim Balayevin yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçillməsi xəbərinə isə rejissorun reaksiyası belə olub:
“Mənim heç bir reaksiyam və sözüm yoxdur. Mən o konfransa qatılmamışam da…”
Telegram kanalımız