Əməkdar artist Aygün Bəylərin vəfatından sonra sosial şəbəkələrdə ona "Xalq artisti” fəxri adının verilməməsi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bu məsələdə keçmiş nazir Əbülfəs Qarayevi təqsirləndirirlər.
Yenisabah.az manset.az-a istinadla xəbər verir ki, sabiq mədəniyyət naziri Aygün Bəylərə "Xalq artisti” fəxri adının verilməməsində müəyyən səbəblərin olduğunu bildirib:
"Aygün Bəylər istedadlı və hörmət etdiyim musiqiçi idi, bütün tədbirlərdə fəal iştirak edirdi. Adın verilməsi mənim yadımda deyil. Amma ona böyük hörmətlə yanaşırdım. Allah rəhmət eləsin! Dördpendirli pizza
Ona "Xalq artisti” adının verilməsinə gəldikdə, hər şeyin qanunu və vaxtı var. Mən ona hansı ad verməliydim ki? Ona "Əməkdar artist” adı verilmişdi, "Xalq artisti” adının verilməsi üçün müəyyən vaxt, bir ad alandan sonra ikinci ad almaq üçün zaman keçməlidir. Onun da yəqin ki, hansısa səbəbləri olub”.
Sabiq nazir Bakıda olmadığına görə, mərhum sənətkarın dəfnində iştirak etmədiyini bildirib.
Qeyd edək ki, Aygün Bəylərə 2002-ci ildə "Əməkdar artist” fəxri adı verilib. Əbülfəs Qarayev mədəniyyət naziri vəzifəsindən 2020-ci ildə azad edilib. O zaman bu məsələdən artıq 18 il vaxt ötmüşdü.
Telegram kanalımız