Aygün Kazımovanın ad günü:  50+1

saytların hazırlanması

Evə çatdırılma

Aygün Kazımovanın ad günü: 50+1

Şou

26 Yanvar 2022 17:38 2398


Bu gün Azərbaycanın Xalq artisti Aygün Kazımova 51 yaşını qeyd edir.  

Yenisabah.az xəbər verir ki, 34 ildir səhnədə olan, Azərbaycan estradasında bir çox ilklərə imza atmış səhnəmizin pop divası 1971-ci ildə Bakıda anadan olub.

1989-cu ildə ailəsindən xəbərsiz İlqar adlı sevdiyi oğlana qoşulub qaçıb. Onun bu evliliyindən İlqarə adlı bir qızı dünyaya gəlib. Dominos pizza

Aygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə qədəm qoyub. İlk "Qrand-pri" mükafatını məhz bu yarışmada qazanıb. 1989-cu ildə Yurmalada keçirilən beynəlxalq müsabiqədə, 1992-ci ildə "Asiya Dausı" festivalında, 1996-cı ildə İstanbulda beynəlxalq yarışmada laureat olub.

Aygün Kazımova səhnəyə çıxdığı gündən özünəməxsus fanat ordusu var. Elə bu ilki doğum gününə özəl olaraq sənətçinin fanatları onun adına bağ salıblar. Ağacəkmə aksiyası "50+1" adlanır. Abşeron yarımadasının iqliminə uyğun olaraq, Hövsanda zeytun ağacları əkilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!