Ayın 13-ü cümə gününə təsadüf edərsə... - Diqqətli olun!

saytların hazırlanması

Evə çatdırılma

Ayın 13-ü cümə gününə təsadüf edərsə... - Diqqətli olun!

Dünya

13 Sentyabr 2019 12:08 2413


Ayın 13-nün cümə gününə təsadüf etməsinin uğursuzluq gətirdiyinə inanılır. 

 

“Yeni Sabah” xarici mediaya istinadən qeyd edir ki, bu inanc ədəbiyyatda, musiqidə, filmlərdə belə öz əksini tapıb. Dominos pizza

13-cü cümənin uğursuzluğuna inanış o qədər qüvvətlidir ki, bu fobiyanı əks etdirən termin ("paraskevidekatriaphobian") belə var.

İnancın qaynağı

Bu inanış xristianlıqdan öncəyə qədər gedib çıxsa da, İsa peyğəmbərin son yeməyində 13 nəfərin olması əsas səbəb hesab edilir.

13-ün uğursuzluğu başqa cür də izah edilir:12 rəqəmi bötövlüyü təmsil edir. Məsələn, bir ildə 12 ay, 12 bürc, 12 saat sistemi, Olimpusun 12 allahı və s. 13 rəqəmi isə bu bütövlüyü pozur.

Xristianlarda 13 fobiyası geniş yayılıb. Məsələn, fransızlar heç bir evə 13 nömrəsini vermirlər. Küçələrin adlandırılmasında belə 13-dən  istifadə olunmur. Dünyanın bir çox ölkəsində binaların 13-cü mərtəbəsi yoxdur. Hətta uşağa ad qoyarkən belə, 13-ün nəhsliyi nəzərə alınır. Belə ki, adında 13 hərf olan insanların şeytanla əlaqəsi olduğuna inanılır.

Cümə günü İsa peyğəmbərin çarmıxa çəkildiyi və Adəm ilə Həvvanın qadağan olunmuş meyvəni yediyi gün hesab olunur. Bu günlə bağlı batil inanclardan birinə görə, 13-cü cümə günü saçını kəsdirən şəxsin ailəsindən bir nəfər ölür. Bu gün doğulan uşaq bir ömür boyu şanssız olur.

Faktlar nə deyir?

Böyük Britaniyanın “British Medical” adlı jurnalı maraqlı araşdırma aparıb. Ayın 6-na təsadüf edən cümə günləri ilə 13-nə təsadüf edən cümələrdə baş vermiş qəzaların sayı müqayisə edilib. Məlum olub ki, 13-cü cümədə qəzaların sayı 52 faiz artır. 

Alman Sığorta Statistikaları Mərkəzinin apardığı araşdırmanın nəticələri isə bunun tam əksini deyir. Mərkəz ayın 13-nə təsadüf edən cümələrdə daha az qəza, yanğın, oğurluq hadisəsi baş verdiyini deyir. Bu isə insanların 13-cü cümə qorxusu səbəbilə evdən çölə çıxmamaları ilə izah edilir.

Sabrina


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!