Azad olunan ərazilərdə 204 mina aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Azad olunan ərazilərdə 204 mina aşkarlandı

Sosial

17 Mart 2025 14:33 114


Azad olunan ərazilərdə martın 10-dan 16-dək 155 piyada əleyhinə mina, 49 tank əleyhinə mina, 606 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.

Məlumata əsasən, 1651.1 hektar ərazi minalardan təmizlənib. pizza

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!