Azadlıq prospektində zəncirvari qəza: Xəsarət alanlar var - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azadlıq prospektində zəncirvari qəza: Xəsarət alanlar var - Fotolar

Hadisə

23 Dekabr 2019 22:58 1341


Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı üç avtomobil toqquşub.  

"Yeni Sabah" xəbər verir ki, Azadlıq prospekti ilə yülsək sürətlə hərəkətdə olan “Chevrolet” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığından keçərək yoluna davam edib.  

Bu zaman nəqliyyat vasitəsi Abbasqulu Ağa Bakıxanov küçəsində işıqforun yaşıl işığında hərəkətdə olan İlkin Vəliyevin idarə etdiyi “10-VL-500” dövlət nömrə nişanlı BMW markalı avtomobilə, daha sonra Ruslan Şahmuradovun idarə etdiyi “90-NC-660” dövlət qeydiyyatlı “Hyundai” markalı nəqliyyat vasitəsinə çırpılıb.   Marqarita pizza

Nəticədə “Chevrolet”in sürücüsü və avtomobildə olan iki sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.  

Hadisədən sonra yolda sıxlıq yaranıb. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub. Polis əməkdaşları yolda tənzimləmə işləri aparıb.  

Faktla bağlı araşdırma aparılır.  /oxu.az

Kamil Əmirli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!