AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib

saytların hazırlanması

Evə çatdırılma

AZAL-ın təyyarələrində multimedia əyləncə sistemi yenilənib

İqtisadiyyat

02 Dekabr 2025 12:10 587


Azərbaycanın milli aviadaşıyıcısı AZAL göstərdiyi xidmətləri təkmilləşdirmək məqsədilə təyyarələrində yenilənmiş multimedia əyləncə sistemini istifadəyə verib.

Yenilənmiş platforma hər bir uçuşu komfortlu səyahətlə yanaşı, həm də Azərbaycan və dünya mədəniyyətini əhatə edən maraqlı macəraya çevirir.

Sərnişinlər Hollivudun ən son filmlərindən tutmuş, dünya kinematoqrafiyasının məşhur ekran əsərlərinə qədər geniş film kataloqundan yararlana bilərlər. Filmlərə Azərbaycan dilində altyazıların əlavə edilməsi məzmunun daha əlçatan olmasına xidmət edir. pizza hut

Platformada milli filmlərə də xüsusi yer ayrılıb. Azərbaycan rejissorlarının bədii və sənədli filmləri sərnişinlərə ölkənin mədəniyyətini, tarixini və müasir həyat tərzini yaxından tanımaq imkanı yaradır.

AZAL sərnişinlərinə maksimum rahatlıq təqdim etmək və onları yeni kəşflərə ruhlandırmaq missiyasına daima sadiq qalır.

AZAL ilə səyahət edərkən siz həm şəhər və ölkələri, həm də dünya kinosunun ən parlaq nümunələrini və Azərbaycan sənətinin incilərini kəşf edirsiniz.

AZAL-ın uçuş cədvəli və digər xidmətləri haqqında aviaşirkətin rəsmi saytı mobil tətbiqi vasitəsilə ətraflı məlumat əldə edə bilərsiniz.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!