AZAL Səmərqəndə uçuşları bərpa edir:   biletlər artıq satışdadır

saytların hazırlanması

Evə çatdırılma

AZAL Səmərqəndə uçuşları bərpa edir: biletlər artıq satışdadır

Sosial

14 Mart 2025 11:14 140


 Azərbaycanın milli aviadaşıyıcısı AZAL 1 aprel tarixindən etibarən Şərqin nadir incisi olan Özbəkistanın Səmərqənd şəhərinə müntəzəm uçuşları bərpa edir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Bakı-Səmərqənd-Bakı marşrutu üzrə aviabiletlər artıq satışdadır.

Uçuşlar Bakıdan Səmərqəndə çərşənbə axşamı və şənbə günləri, Səmərqənddən Bakıya isə çərşənbə və bazar günləri yerinə yetiriləcək. Bu reyslər sərnişinlərə şəhərin zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaradır. Sezar pizza

AZAL ilə Səmərqəndə səyahətə yollanaraq bu möhtəşəm şəhərin qədim ab-havasını kəşf edin!

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!