Azər Maqsudovun aqibəti bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Azər Maqsudovun aqibəti bəlli oldu

Sosial

06 Aprel 2026 17:25 407


Arif Acaloğlunu avtomobillə vuraraq onun ölümündə təqsirləndirilən həkim Azər Maqsudov amnistiyaya düşdüyü üçün cəzadan azad edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Xatırladaq ki, 2023-cü ilin noyabrında Sabunçu rayonu ərazisində Azər Maqsudov idarə etdiyi avtomobillə hərəkətdə olan zaman Arif Acaloğlunu avtomobillə vurub. Nəticədə A.Acaloğlu aldığı xəsarətdən ölüb. Toyuqlu pizza

Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.

Maqsudova Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Onun barəsində istintaq dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdi.

Sabunçu Rayon Məhkəməsinin hökmü ilə o, 1 il 6 ay müddətə avtomobil idarə etmək hüququndan məhrum edilməklə 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Hökmə əsasən, A.Maqsudov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!