Azərbayacanda 14 gün   İŞ OLMAYACAQ - TARİXLƏR

saytların hazırlanması

Evə çatdırılma

Azərbayacanda 14 gün İŞ OLMAYACAQ - TARİXLƏR

Sosial

30 Mart 2026 21:04 54529


Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərinin tarixləri müəyyənləşib.

"Yeni Sabah" xəbər verir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının müvafiq qərarına əsasən, bu il 27-28 may tarixləri Qurban bayramına təsadüf edir.

Eləcə də, 28 may tarixində ölkədə Müstəqillik Günü də qeyd olunacaq. Dominos pizza

Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq, bayram günlərinin üst-üstə düşməsi ilə əlaqədar əlavə istirahət günü müəyyən edilib. Bu səbəbdən 29 may tarixi də qeyri-iş günü sayılacaq.

Beləliklə, beş günlük iş həftəsində çalışanlar üçün 27, 28, 29, 30 və 31 may tarixləri qeyri-iş günü olacaq.

Qeyd edək ki, 9 may - Faşizm üzərində Qələbə Günü bu il şənbə gününə təsadüf etdiyindən, Əmək Məcəlləsinə uyğun olaraq 11 may tarixi də qeyri-iş günü hesab ediləcək.

Bununla da, həftəsonları da daxil olmaqla may ayında ümumilikdə 14 gün iş olmayacaq. 

Məlumat üçün bildirək ki, Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, iş günü hesab edilməyən bayram günlərindən əvvəlki günlərdə iş vaxtı bir saat olmaqla qısaldılır./Ajans.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rauf
    Nökər nədir bekar nədir
    2 months ago
  • Azər
    Təqaüdləri, özəl sektorda əmək haqları qaldırmaq əvəzinə hər ay 12-14 gün iş olmur. Özəl sektora minnət bura bura cəmi iki gün istirahət verirlər
    2 months ago