Azərbaycan Ankarada keçirilən kitab sərgisində təmsil olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ankarada keçirilən kitab sərgisində təmsil olundu

Mədəniyyət

29 Noyabr 2024 19:43 4792


Azərbaycan Ankarada keçirilən kitab sərgisində qonaq ölkə qismində təmsil olunub.

"Report"un Ankara bürosu xəbər verir ki, sərginin açılışı mərasimi “ATO Congresium Mərkəzi”ində baş tutub.

21-ci Ankara Kitab Sərgisinin açılışında çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib ki, bu sərginin tarixində Azərbaycan ilk dəfə ölkə kimi təmsil olunur. Dominos pizza

Səfir qeyd edib ki, kitabsevərlərin böyük maraq göstərdiyi sərgi Azərbaycan ədəbiyyatının türk oxuculara təqdim olunması baxımından önəmli platformadır.

Sərginin beynəlxalq fəxri qonağı olan Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov kitabın və mütaliənin insanın dünyagörüşünün formalaşmasına təsirindən danışıb.

Rəsmi hissədən sonra qonaq ölkə qismində Azərbaycanın kitab stendinin açılışı olub.

Kitab stendinin açılışında Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Batuhan Mumcu iştirak edib.

Açılış mərasimində Azərbaycan Mədəniyyət Mərkəzinin rəqs kollektivinin ifası ilə milli rəqslər də təqdim olunub.

Qeyd edək ki, 10 gün davam edəcək sərgidə Azərbaycanın müxtəlif nəşriyyatlarında işıq üzü görən kitablar sərgilənir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!