Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan atleti beynəlxalq turnirdə bürünc medal qazandı

İdman

02 Avqust 2025 20:58 357


Azərbaycan təmsilçisi Qazaxıstanın Almatı şəhərində keçirilən atletika üzrə XXXIV Qosanov Memorialında bürünc medal qazanıb.

Yenisabah.az xəbər verir ki, ilk yarış günündə mübarizəyə qoşulan atletlərimizdən Nazim Babayev uzunluğa tullanma növündə 7.48 metr göstərici ilə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Dünya Atletikası Kontinental Turun bürünc səviyyəli yarışında 15 ölkəni təmsil edən 150-dən artıq idmançı iştirak edir. Dördpendirli pizza

Qeyd edək ki, Nazim Babayev sabah üç təkanla tullanma növündə də mübarizə aparacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!