Azərbaycan Avropada ticarət evləri şəbəkəsini genişləndirməyi planlaşdırır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Avropada ticarət evləri şəbəkəsini genişləndirməyi planlaşdırır

İqtisadiyyat

01 İyul 2019 19:31 1281


Azərbaycan hökuməti Avropada ticarət evləri şəbəkəsini genişləndirməkdə maraqlıdır və gələcəkdə Monteneqroda ticarət evinin açılacağını istisna etmir.

“Yeni Sabah” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, bu məsələ Monteneqro bazarında Azərbaycan məhsullarına tələbatın təhlilləri nəticəsində reallaşdırıla bilər:

“Əgər ikitərəfli əməkdaşlıq potensialı öz məhsulumuzu Balkan ölkələrinə daxil etməyə imkan verəcəksə, Azərbaycan ticarət evləri şəbəkəsinin Avropada, xüsusən də Monteneqroda genişlənməsi məsələsi birmənalı şəkildə nəzərdən keçirilə bilər”. Marqarita pizza

Onun sözlərinə görə, hazırda Monteneqro və Azərbaycan maliyyə və turizm infrastrukturu sahələrində birgə layihələrin reallaşdırılması ilə məşğuldur:

“Biz gələcəkdə Monteneqro və Azərbaycanda yeni layihələrin, o cümlədən alternativ enerji və infrastruktur layihələrinin reallaşdırılmasını planlaşdırırıq”.

Nazir, həmçinin əlavə edib ki, Azərbaycan və Monteneqro əməkdaşlıq barədə 17 sənəd imzalayıb.

Trend

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!