“Azərbaycan bayrağı” ordenli hərbçi Ukrayna müharibəsində həlak oldu -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan bayrağı” ordenli hərbçi Ukrayna müharibəsində həlak oldu - FOTO

Hadisə

13 Dekabr 2025 10:05 1768


Azərbaycanın ehtiyatda olan hərbçisi, kapitan Həsənov Qafur Cəmaləddin oğlu Ukrayna müharibəsində həlak olub.

Bu barədə “Yeni Sabah”a onun yaxınları məlumat verib.

Bildirilib ki, Q.Həsənov 44 günlük Vətən müharibəsində Goranboy briqadasının tibb xidmət rəisi kimi xidmət edib. pizza sifarişi

O, müharibədə göstərdiyi qəhrəmanlıqlara görə Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni, “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Q.Həsənov Azərbaycan Ordusundan ehtiyata buraxılandan sonra, Rusiya gedib, bu ölkənin Silahlı Qüvvələrinin tərkibində Ukrayna müharibəsində döyüşüb.

Yaxınları Qafur Həsənovu qorxmaz, mərd və igid insan kimi xatırlayırlar. 

“Qafur həkimi şəxsən tanıyırdım, canavar kimi oğlan idi, gözündə qorxu olmayan bir qəhrəman idi”, - hərbi bloger Tofiq Şahmuradov bildirib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!