Azərbaycan Beynəlxalq Bankına nə olub? - “4 gündür...”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Beynəlxalq Bankına nə olub? - “4 gündür...”

İqtisadiyyat

08 Sentyabr 2025 09:51 29099


Azərbaycan Beynəlxalq Bankından şikayət var. Sözügedən bankın müştərisi olduğunu deyən “Facebook” istifadəçisi Tuncar Əlizadə 4 gündən çoxdur ki, öz bank hesabına daxil ola bilmədiyini bildirib:

“Azərbaycanda nömrə 1 bank sayılan, hər zaman möhtəşəm xidmətləri ilə seçilən ABB-yə dərin təşəkkürümü bildirmək istərdim. Artıq 4 gündən çoxdur ki, öz hesabıma daxil ola bilmirəm. Bu 4 gün ərzində call center-ə etdiyim saysız zənglərdə sərf etdiyim dəqiqələr halal xoşları olsun. Çünki verdikləri faydalı məsləhətlərdən hələ də yararlanıram”.

Yenisabah.az xəbər verir ki, vətəndaş ABB-nin müştəri müraciətlərinə etinasız yanaşmasından gileylənib: Dominos pizza

“Məsələn, ən möhtəşəm məsləhətləri belə idi:

ABB: – Online müraciət etmisiniz?

Mən: – Xeyr, etməmişəm.

ABB: – Mütləq edin, problem həll olunacaq.

Əla, deyilmi? Müraciət edirsən, cavab da anında gəlir. Amma bu möhtəşəmlik o qədər möhtəşəmdir ki, yazını oxuduqdan sonra yenidən ora daxil olub sənə gələn cavabı icra edə bilmirsən. Axırda da deyirlər: Məsləhət ekranı screen edib bizə göndərin”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Namig
    Bankın işi ile bağlı şikayətim yoxdur. Faizleri bir gender yüksəkdir, meselen :15manat pul yolladım, 1manat tutgu tutdular. TŞK - çer.
    8 months ago
  • Sessiz
    Düz deyir düzəliş edin çox gülünc vəziyyət yaranıb çox vaxt olur abbdə belə hallar
    8 months ago
  • Muwfiq
    Cawarsiz bu ABB istiqraz alarsiz a.duz 1 il pulumu saxladilar ozlerinda.axirda 1 ildan snra qepik quruw verdiler
    8 months ago