Azərbaycan boksçusu beynəlxalq turnirdə finala yüksəldi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan boksçusu beynəlxalq turnirdə finala yüksəldi

İdman

26 Fevral 2023 11:45 811


Azərbaycan boksçusu Aynur Rzayeva Bolqarıstanın paytaxtı Sofiyada keçirilən “Strandja” beynəlxalq turnirində finala yüksəlib.

Yenisabah.az Apasport-a istinadla xəbər verir ki, +81 kq çəkidə mübarizə aparan təmsilçimiz A kateqoriyalı yarışın yarımfinalında hindistanlı Monikaya qalib gəlib.

Avropa çempionatının mükafatçısı rəqibini 5:0 (29:28, 29:28, 29:28, 29:28, 29:28) hesabı ilə məğlub edib. pizza hut

Rzayeva finalda Aqata Kajmarska (Polşa) ilə döyüşəcək.

Digər boksçumuz Məhəmməd Abdullayev (+92 kq) isə bürünc medalla kifayətlənib. Özbəkistanlı Bahodir Jalolovla mübarizədə rəqib mərhələ adlayıb.

Qeyd edək ki, “Strandja” turnirinə 40-a qədər ölkədən 398 boksçu (256 kişi, 142 qadın) qatılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!