Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan boksçusu beynəlxalq turnirdə gümüş medal qazandı

İdman

02 Avqust 2025 17:57 402


Azərbaycan boksçusu Sübhan Babayev Almaniyanın Frankfurt şəhərində gənclər (U-19) arasında keçirilən “Brandenburq kuboku”nda final görüşünə çıxıb.

Yenisabah.az xəbər verir ki, 60 kq çəkidə çıxış edən yığma üzvü həlledici görüşdə Ellisbey Selimlə (ABŞ) üz-üzə gəlib.

Görüş rəqibin qələbəsi ilə başa çatdığından Babayev gümüş medala sahib olub. pizza hut

Qeyd edək ki, boksçumuz daha öncə müvafiq olaraq, Simonas Puniskis (Litva), Nur Zakarye (Almaniya) və Mattia Turrinə (İtaliya) qalib gəlib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!