Azərbaycanın iki cüdoçusu Avropa çempionu oldu - Yenilənib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın iki cüdoçusu Avropa çempionu oldu - Yenilənib

İdman

16 Sentyabr 2022 19:31 1149


Azərbaycanın daha bir cüdoçusu Çexiyanın paytaxtı Praqada təşkil olunan gənclərin Avropa çempionatında final görüşünü keçirib.

Yenisabah.az xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən Elcan Hacıyev həlledici qarşılaşmada italiyalı Brayt Maddaloni Nosanı sınağa çəkib.

Rəqibini ipponla məğlub edən Hacıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. pizza sifarişi

Bununla da Azərbaycan cüdoçularının qitə çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Daha əvvəl Vüsal Qələndərzadə (73 kq) qızıl, Turan Bayramov (60 kq) isə gümüş medala sahib çıxıb.

***

Çexiyanın paytaxtı Praqadakı gənclər arasında cüdo üzrə Avropa çempionatında Azərbaycanı təmsil edən Vüsal Qələndərzadə final görüşünə çıxıb.

Yenisabah.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan idmançı qızıl medal uğrunda qarşılaşmada italiyalı Luici Sentraççio ilə görüşüb.

Rəqibinə ipponla qalib gələn Qələndərzadə Avropa çempionu olub.

Qeyd edək ki, ilk yarış günündə Turan Bayramov 60 kq çəkidə gümüş medal qazanıb./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!