“Azərbaycan Dəmir Yolları” QSC-nin valyutadəyişmə ilə məşğul olan əməkdaşına quldurluq məqsədi ilə hücum edən Samir Bayramova (soyadlar şərtidir) hökm oxunub.
Yenisabah.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda o, Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə təqsirli bilinib.
Hadisə bu il yanvarın 17-də Bakı-Sumqayıt qatarında baş verib. Bir müddət Həmid Süleymanovu izləyən Samir Bayramov onun üzərində müxtəlif valyutalar daşıdığına əmin olduqdan sonra quldurluq törətmək qərarına gəlib. Marqarita pizza
Bu məqsədlə o, Həmid Süleymanovu izləyib və Bakı-Sumqayıt sərnişin qatarına minib Həmidi güdməyə başlayıb. Həmid qatardan düşdükdən sonra Samir də ardınca düşüb. Stansiya ərazisindəki qaranlıq bir yerə çatdıqda Samir ona yaxınlaşaraq tandığını, əkiz oğullarından birinin Samirin bacısına sataşdığını, zəng edib narahat etdiyini və bu məsələni araşdırmaq üçün onunla görüşdüyünü deyib.
Həmid isə övladlarının tərbiyəli olmasını və bunun mümkün olmadığını deyib. Bu zaman Samir Həmidin fikrini yayındırmaq üçün öz mobil telefonunu təqdim və oradakı zənglərə baxmasını tövsiyə edib. Həmid telefona baxarkən cani yerdən götürdüyü kiçik mişar daşını Həmidin başına vurub. O, huşunu itirdikdə isə Həmidin paltosunun iç sol cibindən ümumi dəyəri 604 manat olan 14000 rus rublu, 410 türk lirəsi, 10 ABŞ dolları və 3700 Ukrayna qrivini götürüb və hadisə yerindən qaçaraq uzaqlaşıb.
Məhkəmənin hökmü ilə Samir Bayramova 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Nəzrin Cavadzadə
Telegram kanalımız