Azərbaycan elminə ağır itki üz verib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan elminə ağır itki üz verib

Hadisə

06 Yanvar 2026 12:38 734


Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının Bakı Slavyan Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.13 Dissertasiya Şurasının üzvü, ali məktəbin Ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru, filologiya üzrə elmlər doktoru Zemfira Vəliyeva vəfat edib. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Z.Vəliyeva 64 yaçında dünyasını dəyişib. Alimin ölüm səbəbi açıqlanmayıb.    Dördpendirli pizza

Qeyd edık ki, Z.Vəliyeva 1962-ci ildə doğulub. O, 1980-85-ci illərdə Xankəndi Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə təhsil alıb. Bakı Slavyan Universitetinin müəllimi, filologiya fakültəsinin dekanı işləyib. Mərhum professor həmçinin Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!