“Azərbaycan energetika sahəsində İtaliyanın strateji tərəfdaşıdır” - Meloni

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan energetika sahəsində İtaliyanın strateji tərəfdaşıdır” - Meloni

Siyasət

04 May 2026 19:31 86


İtaliyanın Baş naziri Corcia Meloni bildirib ki, Azərbaycan xüsusilə qaz və neft tədarükü baxımından ölkə üçün energetika sahəsində strateji tərəfdaşdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, Azərbaycana uçmazdan əvvəl İrəvanda jurnalistlərə deyib.

Meloninin sözlərinə görə, energetika mövzusu Avropa Şurası səviyyəsindəki müzakirələrdə, eləcə də ikitərəfli təmaslarda, o cümlədən Böyük Britaniya ilə olan əlaqələrdə əsas məsələlərdən biri olaraq qalır.

O vurğulayıb ki, energetika ilə yanaşı, Avropanın suverenliyi və strateji muxtariyyətinin elementi olan kritik əhəmiyyətli xammal məsələləri də mühüm əhəmiyyət kəsb edir. Meloni həmçinin qeyd edib ki, İtaliya bu istiqamətlərin inkişafına öz töhfəsini verməyə çalışır.

"Elə indi mən həm qaz, həm də neft tədarükü baxımından bizim üçün daha bir strateji tərəfdaş olan Azərbaycana gedirəm", - o bildirib.

Qeyd edək ki, C. Meloni artıq Azərbaycandadır və onun Prezident İlham Əliyev ilə təkbətək görüşü keçirilib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!