May ayında qar yağdı, hər yer ağappaq oldu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

May ayında qar yağdı, hər yer ağappaq oldu - Fotolar

Dünya

04 May 2026 12:10 938


Türkiyənin İstanbul şəhərinin yaxınlığında yerləşən ərazilərdə may ayında qar yağması sakinləri təəccübləndirib.

“Yeni Sabah” xəbər verir ki, qeyri-adi hava hadisəsi xüsusilə yüksək dağlıq zonalarda müşahidə olunub. Səhər saatlarında çəkilən fotolarda ətraf ərazilərin tamamilə ağ örtüyə büründüyü görünür.

Məlumata görə, qar yağışı İstanbulun yaxınlığındakı yüksəkliklərdə – təbiət parkları və dağlıq ərazilərdə təsirli olub. Bəzi yerlərdə yağan qar qısa müddətdə torpaq və ağacların üzərini örtərək qış mənzərəsi yaradıb.

Sosial şəbəkələrdə yayılan görüntülər də istifadəçilərin diqqətini çəkib. Bir çoxları may ayında belə hava şəraitinin nadir hallarda baş verdiyini qeyd edərək təəccüblərini ifadə ediblər.

Qeyd edək ki, regionda hava temperaturunun kəskin enməsi nəticəsində bu cür qeyri-adi təbiət hadisələrinin baş verdiyi bildirilir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!