Bakıda barda qanlı olay: İçəri buraxılmayan şəxs mühafizəçini bıçaqladı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda barda qanlı olay: İçəri buraxılmayan şəxs mühafizəçini bıçaqladı

Kriminal

03 May 2026 07:48 851


Bakıda sərxoş kişi barın mühafizəçisini bıçaqlayıb.

“Yeni Sabah” Lent.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, İçərişəhərin Böyük Qala küçəsində yerləşən barlardan birində qeydə alınıb.

İttiham aktındakı yekun protokola əsasən, 1990-cı il təvəllüdlü Osman Quliyev (ad və soyad şərtidir) sərxoş halda həmin barın qarşısına gələrək içəri girmək istəyib. Lakin orada mühafizəçi işləyən zərərçəkmiş şəxs Osmana sərxoş olduğunu və obyektə yalnız ailəli şəxslərin buraxıldığını bildirib. Mühafizəçinin sözlərindən qəzəblənən O.Quliyev İçərişəhərdə yaşadığı evə gedərək iki ədəd mətbəx bıçağı götürüb. O, yenidən mühafizəçinin yanına qayıdıb və yaranmış mübahisə zamanı onun kürək nahiyəsinə bıçaqla zərbə endirərək xəsarət yetirib.

Faktla bağlı Osman Quliyev saxlanılıb və barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərərçəkənlə barışdığını qeyd edib. Zərərçəkmiş şəxs də öz növbəsində Osmana qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Osman Quliyev yekun olaraq 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!