Rektor professoru işdən çıxardı,   yeni vəzifəyə təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

Rektor professoru işdən çıxardı, yeni vəzifəyə təyin etdi

Sağlamlıq

02 May 2026 14:12 601


Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda kadr dəyişikliyi olub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə institutun rektoru, tibb elmləri doktoru, professor Nazim Pənahov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, tibb elmlər doktoru, professor Zemfira Quliyeva Terapiya fakultəsinin dekanı vəzifəsindən azad olunub.

Digər əmrlə o, Tibbi kadrların təlimi şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Əməkdar həkim olan Zemfira Quliyeva 2005-ci ildən Terapiya fakultəsinin dekanı vəzifəsində çalışırdı.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!