Əməkdar müəllim vəfat etdi -   FOTO

saytların hazırlanması

Evə çatdırılma

Əməkdar müəllim vəfat etdi - FOTO

Hadisə

02 May 2026 11:40 426


Azərbaycanın Əməkdar müəllimi Həmdulla Behbudov 66 yaşında vəfat edib.

“Yeni Sabah” xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, H.Behbudov 1959-cu il oktyabrın 1-də Yardımlı rayonunda anadan olub. Bakı Dövlət Universitetində təhsil alıb.

O, pedaqoq kimi Yardımlı şəhər V. H. Məmmədov adına qəsəbə 2 nömrəli tam orta məktəbdə, Bozayran kənd tam orta məktəbində və Bakıda Heydər Əliyev adına Müasir Təhsil Komplüksində fəaliyyət göstərib.

Son illərdə səhhətində yaranan ciddi problemlər səbəbindən peşəsindən uzaqlaşmaq məcburiyyətində qalmişdi.

Aytac Əliyeva

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!