Dubayda yaşayış icazəsi almaq asanlaşdı

saytların hazırlanması

Evə çatdırılma

Dubayda yaşayış icazəsi almaq asanlaşdı

Dünya

02 May 2026 13:31 107


Birləşmiş Ərəb Əmirliklərinin ən iri şəhərlərindən biri olan Dubayda yaşayış icazəsi ilə bağlı qaydalarda dəyişiklik edilib.

"Yeni Sabah"  xəbər verir ki, "DLD Cube" platformasının açıqlamasına görə, artıq fərdi şəkildə daşınmaz əmlak alan şəxslər üçün minimum investisiya tələbi aradan qaldırılıb.

Yeni qərara əsasən, tək mülkiyyətçi olan şəxslər mənzilin qiymətindən asılı olmayaraq 2 illik yaşayış icazəsi əldə edə biləcəklər.

Lakin əmlakı ortaq şəkildə almaq istəyənlər üçün müəyyən məhdudiyyət qüvvədə qalır. Belə ki, birgə mülkiyyət halında minimum investisiya məbləği 400 min BƏƏ dirhəmi (təxminən 185 min manat) olaraq saxlanılıb.

Xatırladaq ki, əvvəlki qaydalara görə, tək mülkiyyətçilərin yaşayış icazəsi alması üçün aldıqları əmlakın dəyəri ən azı 750 min BƏƏ dirhəmi (təxminən 347 min manat) olmalı idi./BAKU.WS


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!