Mayın 1-də polis əməkdaşları paytaxt və ölkənin ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 3 tüfəng, 4 patron darağı və 64 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Telegram kanalımız