"Temu", onlayn alış-veriş platformasında üzərində Azərbaycan gerbi olan kepkaların "Ermənistan emblemi" adı altında satılmasına aydınlıq gətirib.
Yenisabah.az xəbər verir ki, bu barədə BAKU.WS-ə Viva Kommunikasiya agentliyindən Ləman Ağazadə açıqlama verib.
"Problem məhsulun yazılı təsvirindəki tərcümə xətası ilə əlaqədardır. Dəqiqliyi təmin etmək üçün məhsulu platformamızdan sildik, oxşar məhsulları yenidən nəzərdən keçirdik və xətanın aradan qaldırılması üçün dərhal tədbirlər gördük", - TEMU-nun açıqlamasında qeyd olunub. pizza
***2025-03-10 saat 10:46
Son zamanlarda Azərbaycanda populyarlaşan "Temu" onlayn alış-veriş platformasında üzərində Azərbaycan gerbi olan kepkaların "Ermənistan emblemi" adı altında satılması müşahidə edilib.
Bu barədə kadrlar BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Məlum olduğu kimi, "Temu" platformasında satılan məhsullar əsasən Çində istehsal edilir. İstifadəçilər platformanı bu səhvi düzəltməyə çağırıb.
Sözügedən kadrı təqdim edirik:
Telegram kanalımız