Azərbaycan güləşçilərinə 34 000 dollar veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan güləşçilərinə 34 000 dollar veriləcək

İdman

08 Noyabr 2022 20:19 1275


Dünya Güləş Birliyi (UWW) 2022-ci ilin yekun reytinq siyahısında ilk "üçlük"də yer alan güləşçilərə veriləcək pul mükafatının məbləğini açıqlayıb.

Dünya sıralamasındakı mövqelərinə əsasən, Azərbaycanın 10 güləşçisi də mükafat əldə edib.

İli lider kimi tamamlayan yunan-Roma güləşçilərindən son dünya çempionu Eldəniz Əzizli (55 kq), mundialın bürünc mükafatçıları Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və gümüş mükafatçı Ülvi Qənizadə (72 kq) 5 000 dollar qazanıblar. Marqarita pizza

Digər "klassiklər"dən Rafiq Hüseynov (82 kq) 3 000 dollara yiyələnib. Murad Məmmədov (60 kq) və son mundialın daha bir bürünc mükafatçısı Arif Niftullayev (97 kq) isə üçüncü olub və hərəyə 2 000 dollara sahib çıxıblar.

Sərbəst güləşçilərdən son DÇ-nin bürünc mükafatçıları Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) 3-cü olaraq müvafiq məbləğə yiyələniblər. 

Qadın güləşçilərdən isə yalnız Elis Manolova (65 kq) fərqlənib. O, ikinci yerdə qərarlaşıb və 3 000 dollara sahib çıxıb.

Beləliklə, Azərbaycan güləşçiləri toplam 34 000 dollar qazanıblar.

Qeyd edək ki, xallar 4 reytinq turnirində, qitə çempionatlarında və dünya çempionatında göstərilən nəticələrə əsasən verilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!