Azərbaycan güləşçisi dünya çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan güləşçisi dünya çempionu oldu

İdman

04 Sentyabr 2022 21:41 1001


Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsinə yekun vurulub.

Yenisabah.az xəbər verir ki, seriyanın sonuncu mərhələsində Azərbaycan millisinin üzvü fəxri kürsüyə qalxıb.

İbrahim Yusubov (90 kq) qızıl, Ramiz Həsənovla (70 kq) Fərid Cabbarov (90 kq) isə gümüş medal qazanıb. pizza hut

Dünya Seriyasının 5 mərhələsinin yekununda toplanan xallara əsasən, böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionatının medalçıları müəyyənləşib. İbrahim Yusubov 90 kq-da ən çox xal toplayan güləşçi kimi dünya çempionu ünvanına sahib çıxıb.

Ramiz Həsənov (70 kq) və Omid Kamaliaqdam (80 kq) isə öz çəkilərində gümüş medal qazanıblar./Reprot


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!