Azərbaycan güləşçisi Xorvatiyada beynəlxalq turnirdə qızıl medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan güləşçisi Xorvatiyada beynəlxalq turnirdə qızıl medal qazandı

İdman

04 Fevral 2023 23:15 863


Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turnirinin 4-cü günündə Azərbaycan güləşçisi Taleh Məmmədov (63 kq) ümidləri doğruldaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Məlumata görə, təcrübəli yunan-Roma güləşçimiz keçirdiyi hər 3 görüşdə qalib gələrək qızıl medal qazanıb. Dominos pizza

Qeyd edək ki, yarışın 4-cü günündə 3 güləşçimiz mübarizə aparıb.

Qadın güləşi

53 kq

Təsnifat mərhələsi: Elnurə Məmmədova – Li Denq (Çin) *5:5

1/8 final: Elnurə Məmmədova – Karla Qonzales (Kanada) 0:4

Yunan-Roma güləşi

63 kq

1/4 final: Taleh Məmmədov – Şermuxammad Şaribcanov (Özbəkistan) 8:1

1/2 final: Taleh Məmmədov – İman Hüseyn Məhəmmədi (İran) *4:4

Final: Taleh Məmmədov – Arif Hüseyn Məhəmmədi (İran) 7:2

67 kq

1/8 final: Həsrət Cəfərov – Luiz Sançes (Kuba) 1:5


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!