Azərbaycan idmançısı Avropa çempionu oldu 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan idmançısı Avropa çempionu oldu 

İdman

08 May 2023 13:31 822


Azərbaycan bodibildinqçisi Vüqar Verdiyev Avropa çempionu olub. 

Yenisabah.az APA-ya istinadən xəbər verir ki, o, İspaniyada keçirilən qitə çempionatında bu uğura nail olub. 

Verdiyev 45-49 yaşlıları arasında +80 kq çəkidə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təmsilçimiz bununla da ikinci dəfə Avropa çempionu tituluna yiyələnib.  Marqarita pizza

Qeyd edək ki, bodibildinq yarışlarında dəfələrlə Azərbaycan çempionu olan veteran idmançı müxtəlif vaxtlarda dünya çempionatının və beynəlxalq turnirlərin də mükafatlarını qazanıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!