Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı online brifinq keçirib.
Yenisabah.az xəbər verir ki, o brifinqdə bir çox ölkələr, o cümlədən Azərbaycan ÜST-ün tövsiyələrinə əsasən karantin rejimindən çıxış planı hazırlayır.
Hande Harmancı əlavə edib ki, tədbirləri yüngülləşdirməklə yanaşı, təhlükəsizlik tədbirlərini yüksək səviyyədə saxlamaq lazımdır: “Çünki virus hələ də öz təhlükəsini saxlayır. Xəstəlik yenidən alovlana bilər. Hər kəs əvvəlki həyatına qayıtmaq istəyir. Bizim də istəyimiz budur”. Dominos pizza
ÜST rəsmisi Azərbaycan xalqına qoyulmuş qaydalara ciddi riayət etdikləri üçün öz təşəkkürünü bildirib.
Telegram kanalımız