Azərbaycan klublarının Avropadakı mövqeyi bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan klublarının Avropadakı mövqeyi bəlli oldu

İdman

21 Yanvar 2022 13:43 695


İFFHS-in dünya reytinqində yer alan Azərbaycan klublarının Avropadakı mövqeyi bəlli olub.

Yenisabah.az xəbər verir ki, “Top-400”ə daxil edilən 404 klubdan 243-ü Avropa təmsilçisidir.

Bunlardan ikisi Azərbaycan klublarıdır. “Qarabağ”la “Neftçi” Köhnə Qitədə də güclülər sırasında yer alıb. pizza

Qurban Qurbanovun yetirmələri 133 xalla Avropada 67-ci yerə şərikdir. Təmsilçimiz “Malmö” və “Ferensvaroş”la eyni göstəriciyə malikdir.

“Neftçi” isə Avropada 148-ci yeri bölüşür. 78,5 xalı olan Samir Abasovun komandası “Elfsborq” və “Başakşəhər”lə şərikdir.

Avropanın ən yaxşısı “Mançester Siti”dir. İngiltərə klubunun 300 xalı var.

Qeyd edək ki, dünya reytinqində “Qarabağ” 105-ci, “Neftçi” 263-cü yeri bölüşən klublar arasındadır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!