Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağırlıqqaldırma üzrə Azərbaycan Kubokunda daha bir çəki üzrə mükafatçılar müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, çəkisi 61 kq-a qədər olan kişilərin mübarizəsində Turan Əliyev qızıl medal qazanıb. O, ümumilikdə 214 kq (100+114) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Toplam 200 kq (90+110) nəticə göstərən Elşan Məmmədov gümüş, 198 kq (90+108) nəticə göstərən Akif Abdullayev isə bürünc medala layiq görülüblər.
Qeyd edək ki, daha əvvəl 55 kq-da Amin Osmanov qızıl medal əldə edib.
Telegram kanalımız