Azərbaycan kubokunda 1/4 final: “Keşlə“ “Qarabağ“a qarşı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan kubokunda 1/4 final: “Keşlə“ “Qarabağ“a qarşı

İdman

11 Fevral 2022 15:20 772


Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.

Üç gün davam edəcək qarşılaşmalar çərçivəsində ilk görüş baş tutacaq.

Yenisabah.az xəbər verir ki, “Keşlə” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Matç “ASK Arena”da təşkil olunacaq.  Marqarita pizza

İlk görüşdə minimal hesabla uduzan “Keşlə” titulunu qorumaq üçün mərhələ adlamağa çalışacaq. Premyer Liqanın lideri isə “Qızıl dubl” arzusuna doğru növbəti addımı atmaq niyyətindədir.

Qeyd edək ki, 1/4 finalın digər oyunları qarşıdakı iki gün ərzində keçiriləcək. “Sabah” – “Neftçi” oyunu sabah, “Qəbələ” – “Sumqayıt” və “Səbail” – “Zirə” görüşləri birigün baş tutacaq.

Azərbaycan kuboku

1/4 final, cavab oyunu

11 fevral

18:00. “Keşlə” - “Qarabağ”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, İnqilab Məmmədov

“ASK Arena”

İlk oyun – 0:1


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!