Azərbaycan liderindən İrana ağır sözlər:   “Namərdcə, nakişi kimi…”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan liderindən İrana ağır sözlər: “Namərdcə, nakişi kimi…”

Siyasət

05 Mart 2026 16:48 1827


“Bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur”.

“Yeni Sabah” xəbər verir ki, bunu Prezident İlham Əliyev martın 5-də Təhlükəsizlik Şurasının iclasında deyib.

“Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək”, - dövlət başçısı vurğulayıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Ülviyyə İsgəndərova
    ALLAH İRAN MOLLA REJİMİNƏ LƏNƏT ETSİN.
    2 months ago