Azərbaycan millisi beynəlxalq turnirdə dördüncü oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisi beynəlxalq turnirdə dördüncü oldu

İdman

06 May 2023 22:18 1006


Minifutbol üzrə Azərbaycan millisi Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə dördüncü olub.

Yenisabah.az xəbər verir ki, Azərbaycan millisi üçüncü yer uğrunda oyunda Qazaxıstan kollektivi ilə üz-üzə gəlib.

Gərgin idman mübarizəsi şəraitində keçən oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Qalib penalti seriyasında bəlli olub. Zərbələri daha dəqiq yerinə yetirən Qazaxıstan millisi qələbə qazanıb - 4:3. Dördpendirli pizza

Finalda Serbiya və Çexiya seçmələri qarşılaşacaq. Matç saat 20:30-da start götürəcək.

Qeyd edək ki, millimiz qrup mərhələsində Çexiya və Serbiya seçmələri ilə qolsuz heç-heçə edib, İtaliya və Gürcüstan yığmalarını 2:0 hesabı ilə məğlubiyyətə uğradıb. Pley-off mərhələsinə yüksələn yığmamız Fransaya 3:2 hesabı ilə qalib gəlib. Yarımfinalda Serbiya yığmasına məğlub olan (2:3) komandamız üçüncü yer uğrunda görüşdə Qazaxıstana uduzub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!