Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirib.
Yenisabah.az xəbər verir ki, yığma Yunanıstanla qarşılaşıb. Bakı İdman Sarayında keçirilmiş qarşılaşma millimizin 5:2 hesablı qələbəsi ilə başa çatıb.
Millimiz 6-cı qrupda 9 xalla liderdir. Komandamız son turun nəticəsindən asılı olmayaraq, elit-raunda vəsiqəni təmin edib. Pepperoni pizza
Yığmamız qrupdakı sonuncu matçında martın 7-də Polşanın qonağı olacaq.
DÇ-2024-ün əsas mərhələsi
6-cı qrup
Azərbaycan – Yunanıstan - 5:2
Qollar: Eduardo Borges, 2:23, Seiti Ensi, 8:30 (ö/q), Rafael Vilela, 11:24, Felipinyo, 20:57, Amadeu, 31:20 – Seiti Ensi, 23:47, Marios Ntatis, 26:27
Telegram kanalımız