Azərbaycan millisi FIFA reytinqində 2 pillə irəliləyib.
Yenisabah.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda hazırda 1151 xalla 121-ci sırada qərarlaşıb.
Buna yığmanın yoldaşlıq görüşlərində Moldovanı 2:1, Şimali Makedoniyanı isə 3:1 hesabı ilə məğlub etməsi səbəb olub.
2022-ci ilin son reytinqində siyahıya 1840 xalla Braziliya başçılıq edir. Aktivində 1838 xal olan son dünya çempionu Argentina yığması 2-ci pilləyə yüksəlib. DÇ-2022-nin finalçısı Fransa seçməsi isə 1823 xalla üçüncüdür.
Telegram kanalımız