Azərbaycan millisi Mozambikdən də geri qaldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisi Mozambikdən də geri qaldı

Dünya

16 Sentyabr 2021 13:25 832


Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki uğursuz çıxışı komandamızın FİFA reytinqindəki mövqeyinə də mənfi təsir etməkdədir.

Yenisabah.az xəbər verir ki, bu gün açıqlanan yeni siyahıda millimiz 5 pillə geriləyərək 117-ci yerə düşüb (210 komanda arasında).

Diqqətçəkən məqam odur ki, reytinqdə futbol ənənəsi olmayan ölkələr belə bizi qabaqlayıb. Məsələn, Mozambik 116-cı, Malavi 115-ci, Farer adaları 114-cü, Zimbabve 113-cü, Madaqaskar 100-cü, Fələstin 99-cu yerdə qərarlaşıb. Millimizlə eyni qrupda yer almış Lüksemburq isə 2 pillə irəliləyərək 94-cü yerə yüksəlib. pizza mizza

millimiz hazırkı göstərici ilə keçmiş SSRİ-nin 15 ölkəsi arasında isə 9-cu yeri tutur. Həmin ölkələrdən ən yaxşı göstərici Ukraynaya məxsusdur – 27-ci yer. Ümumilikdə, keçmiş SSRİ ölkələrinin reytinq sıralaması aşağıdakı kimidir:

27. Ukrayna

37. Rusiya

84. Özbəkistan

89. Ermənistan

90. Belarus

96. Gürcüstan

98. Qırğızıstan

111. Estoniya

117. Azərbaycan

118. Tacikistan

120. Qazaxıstan

130. Türkmənistan

135. Latviya

137. Litva

180. Moldova

Əlavə edək ki, milli komandamız hazırda DÇ-2022-nin seçmə qrupunda 1 xalla sonuncu yeri tutur. /Qol.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!