“Azərbaycan millisi müdafiədə zəif oynayır“ - Belaruslu futbolçu

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan millisi müdafiədə zəif oynayır“ - Belaruslu futbolçu

İdman

06 İyun 2022 13:22 860


Belarus millisinin və "Torpedo"nun futbolçusu Pavel Sedko bu gün Millətlər Liqasının 2-ci turunda Azərbaycanla keçirəcəkləri matç barədə fikirlərini bölüşüb. 

Yenisabah.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi millimizn ön xətdə yaxşı təsir bağışladığını, lakin müdafiədə zəif olduğunu deyib:

"Rəqib komanda müdafiədə müəyyən qədər zəif təsir bağışlayır. Amma prinsipcə, kifayət qədər yaxşı kollektivdir.  Ön xətdə yaxşı çıxış edirlər. Bu gün hücum futbolu sərgiləyəcəyik. Fikrimcə, qollarımızı vuraraq qalib gələcəyik. Yalnız qələbəyə köklənmişik. Bizim üçün başqa nəticə yoxdur. Bütün oyunçuların motivasiyası hədsizdir, görüşə yaxşı hazırlaşmışıq. Oyundan əvvəl məşq də keçirmişik. Bugünkü matça hamımız hazırıq". pizza

Qeyd edək ki, Belarus - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!