Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan millisi seçmə mərhələni heç-heçə ilə başa vurdu

İdman

06 Sentyabr 2022 21:58 1038


Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində son oyununu keçirib.

Yenisabah.az xəbərv verir ki, rəqib Bosniya və Herseqovina yığması olub. "Dalğa Arena"da oynanılan qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Hesabı 64-cü dəqiqədə qonaqlardan Minela Qaçanitsa açıb. Lakin rəqibin qol sevinci cəmi 3 dəqiqə çəkib. 67-ci dəqiqədə Nazlıcan Parlak tarazlığı bərpa edib. Sezar pizza

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv 4-cü pillədə qərarlaşıb. Bosniya və Herseqovina isə 11 xalla 2-ci sıradakı mövqeyini qoruyub./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!